Vilayət Eyvazov tanınmış karateçini yeni vəzifəyə təyin etdi - FOTO

Vilayət Eyvazov tanınmış karateçini yeni vəzifəyə təyin etdi - FOTO

27-12-2021, 13:27
Azərbaycanın tanınmış karateçisi Firdovsi Fərzəliyev Abşeron Rayon Poilis İdarəsində (RPİ) yeni vəzifəyə təyin edilib.
“Report” xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, o, Abşeron RPİ-nin kadrlar qrupunun inspektoru təyin olunub.
Qeyd edək ki, F.Fərzəliyev Bakı-2015 I Avropa Oyunlarında qızıl, Minsk-2019 II Avropa Oyunlarında gümüş medal qazanıb. O, 2016-cı il dünya çempionatında Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal əldə etsə də, 2017-ci il Dünya Oyunlarının qalibi olub. 28 yaşlı idmançı Tokio-2020 Yay Olimpiya Oyunlarına karate növündə qazanılmış 3 lisenziyadan birinin müəllifi kimi qatılmasına baxmayaraq, medalçılar sırasına düşə bilməyib.
Vilayət Eyvazov tanınmış karateçini yeni vəzifəyə təyin etdi- FOTO