DİM-də TOEFL iBT imtahanı keçiriləcək

DİM-də TOEFL iBT imtahanı keçiriləcək

22-04-2024, 15:55
Dövlət İmtahan Mərkəzində aprelin 24-də TOEFL iBT imtahanı keçiriləcək.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) TOEFL iBT imtahanı 24 aprel 2024-cü ildə təşkil olunacaq.

İmtahana gəlməli olan şəxslər saat 08:00-dan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar. 

İmtahan saat 09:00-da başlanır.

TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.